• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın ən təhlükəli şəhəri: Qaranlıqda çölə çıxmaq olmur

Rusiyanın ən təhlükəli şəhəri: Qaranlıqda çölə çıxmaq olmur
29.05.2020 11:56
Bir müddət əvvəl Rusiyada sorğu keçirərək, ölkənin ən təhlükəli şəhərini müəyyənləşdirməyə çalışmışdılar.
Respondentlərin çoxu Şaxtının adını çəkmişdi.
Bizimyol.info xəbər verir ki, bu şəhərdə yerli sakinlər qaranlıqda çölə çıxmaqdan qorxur. Bu haqda özləri "lenta.ru” portalına danışıblar. Maraqlıdır ki, qorxsalar da, şəhəri tərk etməyə tələsmirlər.
250 min nəfərə yaxın əhalisi olan şəhərin ən böyük problemlərindən biri işsizlikdir. "İş çox azdır. Ali təhsili olanlar böyük şəhərlərə gedir. Ukrayna ilə qonşuyuq deyə, şəhərdə oradan gələn qaçqın çoxdur. Amma gedənlərin sayının gələnlərdən qat-qat çox olduğunu deyə bilərik”, – şəhər sakini Stanislav Lyubimov danışır.
Üç il əvvəl Sankt-Peterburqa köçən Natalya Ozerkova da təxminən belə fikirlər söyləyib: "Şəhərdə hələ də 90-cı illər havası var. İş tapmaq mümkün deyil. Çoxu içir. Xidmət sahələri bərbad gündədir. Səhiyyə haqda bir kəlmə deyə bilərəm: yaxşısı xəstələnməməkdir”.
Şaxtıda ilk diqqəti çəkən nüanslardan biri ictimai nəqliyyatın və yolun pis vəziyyətdə olmasıdır. Böyük avtobuslar, demək olar, işləmir. Tramvay və trolleybusu çoxdan yığışdırıblar. Balaca marşrut avtobusları isə sanki sön günlərini yaşayır.
Şəhər əhalisi danışır ki, Şaxtı xüsusilə son illər təhlükəli yerə çevrilib. Təhlükəsizliyinizi istəyirsinizsə, burada şəxsi avtomobilinizdə gəzməlisiniz. Stanislav Lyubimov deyir ki, küçələr işıqlandırılmır, piyada keçidləri yoxdur. Küçələr narkomanlarla doludur. Hər an siz hücum edə bilərlər. Gəlmələrə daha çox xəsarət yetirirlər.
Yerli sakinlərdən Vladimir Korşunov Şaxtı haqda lap pis fikirdədir. Deyir ki, gözünün qarşısında adamları küçənin ortasındaca soyublar. Parkda qadın zorlanması halı gündüzlər də baş verir. Gecələr oralardan yol salmağa dəyməz: "Şəhərdə çox özbaşınalıqdır”.
Şaxtının yerləşdiyi Rostov vilayətinin telekanalları isə yalnız xoş xəbərlər çatdırmağa çalışır. Ölkənin ən təhlükəli şəhərinin gerçək mənzərəsinə güzgü tutan yoxdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol