Rus əsgərlərinə hücum edilib

Tacikistan DİN verdiyi məlumata görə, ruhi xəstə olan şəxs Rusiya yerli hərbi bazasının əsgərlərinə bıçaqla hücum edib. Hərbiciləri Düşənbədə əraziyə ən yaxın xəstəxanaya yerləşdiriblər. Bu barədə Ria Novosti məlumat verir.
Yaralanan hər iki hərbiçi Boxtar şəhərində yerləşən 201 saylı rus hərbi bazasında xidmət edirmiş.
Tacikistan DİN bildirir ki, hücum edən şəxs ruhi xəstələr üçün dispanserdə qeydiyyatdadır.
www.anews.az
























