• $
  • €
  • ₽
  • ₺
  • £

Başı kəsilən jurnalistin ailəsindən 100 milyon avro istənilib

Başı kəsilən jurnalistin ailəsindən 100 milyon avro istənilib
22.08.2014 10:57

Avqustun 21-də Frans Press amerikalı jurnalist James Foley-nin azad olunması cəhdlərində bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verdi ki,  İraq İslam Dövləti yaraqlılarının  Foley-nin ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon dollar istəyiblər.

Eyni mənbə bildirirdi ki, avqustun 13-də Foley-nin ailəsi ikinci məktubu alıb. Orda yaraqlılar elan edirdi ki,  ABŞ-ın hava zərbələrinə cavab olaraq Foley edam olunacaq.

Frans Pressin bu xəbəri yayılandan az sonra Foley-in işlədiyi GlobalPost bildirib ki, əslində daha çox pul istənilib. GlobalPost xəbər saytının sözçüsü Frans Pressə deyib: "GlobalPostun icra rəhbəri Philip Balboni bildirir ki, yaraqlılar 100 milyon avro istəyib" . Yəni 132 milyon dollar. 

Frans Press Foley ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı Nicolas Heninlə də danışıb. Henin deyib: “Azad etdirmək üçün pul verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti mürəkkəbdir”.  

Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən başqa bir fransalı agentliyə deyib:  “əsirlikdə amerikalılar və avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki, bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri bizimkindən güclüdür”.  

2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar. O deyir: “İndiki yanaşma iflasa uğrayır”. “Foley ölməməli idi”.   

Azadliq.org

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol