Dünyanın ən nəhəng aeroportu açıldı - VİDEO

Dünyanın yeni ən nəhəng aeroportu Pekində açılıb.
Qeyd edilib ki, layihə Çin mülki aviasiya tarixinin ən bahalı yatırımıdır. Aeroportun tikintisinə 80 milyard yuan (19,1 milyard AZN - red.) xərclənib.
Yaxın illərdə aeroport vasitəsilə illik 45 milyon sərnişinin daşınması gözlənilir. 2025-ci ildə bu rəqəmin 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması planlaşdırılır.
www.anews.az
























