5 min dollarlıq qadın alt paltarı kimə məxsusdur - FOTO

Hitlerin xanımıı Eva Brauna aid olması ehtimal edilən bir cüt qadın alt paltarı bu gün Böyük Britaniyada keçirilən hərracda 5 min dollara yaxın qiymətə satılıb.
Bu barədə Anews.az xarici mətbuata istinadən xəbər verir.
İkinci Dünya Müharibəsinə aid şəxsi kolleksiyadan götürülmüş çəhrayı rəngli qadın tumanı 4.620 dollara satılıb. Adının açıqlanmasını istəməyən naməlum şəxs hərracda telefon əlaqəsi vasitəsilə iştirak edib. Həmin şəxs Evanın təkcə tumanına yox, həm də pambıqdan olan gecə köynəyinə görə də pul ödəyib. Gecə köynəyini almaqdan ötrü həmin adam əlavə 2.600 funt xərc çəkib.


Hərracı keçirən Britaniyaya məxsus Humbert & Ellis hərrac evi hərrac zamanı həmçinin svastika işarəli qızıl boyunbağı da satıb. Həmin boyunbağı faşist lideri Herman Görinqin arvadına məxsus olub.
Böyük Britaniyada faşistlərə aid əşyaların satılması qanunla qadağan olunmasa da əksər hərrac evləri bundan imtina edirlər.
Məlumat üçün bildirək ki, Eva Braun Hitlerin əvvəl məşuqəsi, sonra isə həyat yoldaşı olub. Onlar 1945-ci ildə, Hitlerin intihar etməsindən qısa müddət əvvəl evlənibər.
Tərcümə: Məhəmməd Hüseynov
www.anews.az
























