• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan qazsız qaldı: Rusiya ilə əlaqə tam kəsildi

Ermənistan qazsız qaldı: Rusiya ilə əlaqə tam kəsildi
21.08.2014 17:55

Gürcüstanın Daryal vadisində baş vermiş növbəti güclü sürüşmə nəticəsində Ermənistan qazsız qalıb və Rusiya ilə əlaqəsi tam kəsilib.

Virtualaz.org saytı xəbər verir ki, Gürcüstanın qaz nəqli şirkəti Ermənistanın qazpaylayıcı şəbəkəsinə nəzarət edən “Qazprom Ermənistan”ı Rusiyadan Ermənistana qaz nəqlinin kəsildiyi barədə rəsmən xəbərdar edib.

Qaz nəqli Daryal vadisində baş verən uçqun və sürüşmə nəticəsində avqustun 20-də saat 23:45-də kəsilib. Uçqun Rusiyadan Ermənistana gedən qaz kəmərini dağıdıb. Hələlik “Qazprom” Ermənistan əhalisini daxili ehtiyatlar hesabına qazla təmin etməkdə davam edir. Lakin qaz nəqlinin nə vaxt bərpa olunacağı məlum deyil.

Gürcüsan KİV-ləri xəbər verir ki, Daryal vadisində baş vermiş sürüşmə və uçqunun miqyası bu ilin may ayında baş vermiş uçqundan xeyli böyükdür. Uçqun nəticəsində Ermənistanın Rusiya ilə quru əlaqəsi saxlamasına imkan verən yeganə yol - hərbi Gürcüstan yolu dağılıb.

Rusiya tərəfi bildirir ki, yolun dağılması nəticəsində sərhədin o tərəfində minik və yük avtomobillərindən ibarət uzun tıxac yaranıb. Gürcüstan hökuməti bildirir ki, may ayında olduğu kimi bu dəfə də sürüşməyə və uçquna Devdoraki buzlaqlarının əriməsi səbəb olub.

Hökumət bu dəfə dağıntıların miqyasının daha böyük olduğunu təsdiqləyir. Açıqlamada deyilir ki, hökumət sürüşmənin və uçqunun nəticələrini aradan qaldırmaq üçün bütün resurslarını səfərbər edib.

Gürcüstanın Maliyyə Nazirliyi isə bildirir ki, sürüşmə nəticəsində Rusiya ilə sərhəddəki “Kazbeqi” sərhəd-keçid məntəqəsində yerləşən gömrük postu da dağılıb. Əməkdaşlar təhlükəsiz zonaya evakuasiya olunublar.

Sürüşmənin miqyasının böyük olması belə deməyə əsas verir ki, Ermənistanın Rusiya ilə quru əlaqəsi saxlamasına imkan verən yeganə yolun bərpası tezliklə baş verməyəcək. Habelə Ermənistana qaz nəqlinin nə zaman bərpa ediləcəyi müəyyən deyil. Gürcüstandan keçən yol Ermənistana quru yolu ilə yüklərin daşınması üçün istifadə olunur. 

Ermənistanda baş vermiş sürüşmədən ciddi narahatdırlar və hətta bəziləri bunun “siyasi məqsədlə törədildiyini” iddia edir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol