“Qarabağda belə atırlar” deyib, atəş açan məmur və oğlu təslim oldu - VİDEO

Bir neçə gün əvvəl axşam saatlarında sosial şəbəkələrdə Rusiyanın Krasnodar vilayətinin Belaya Qlina kəndindəki "Niva” kafenin qarşısında "Kalaşnikov” avtomatından havaya atəş açan iki kişinin görüntüsü yayılıb. Daha sonra onlardan birinin Beloqlinsk rayonunun bələdiyyə başçısı Aleksandr Koklinin eyni adlı oğlu olduğu məlum olub.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə dövlət idarəsi 31 yaşlı Aleksandr (Saşka) Koklinin hadisədən bir sutka keçəndən sonra polisə gedərək videodakı avtomatla birlikdə təslim olduğu barədə məlumat yayıb.
www.anews.az
























