• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya maşın karvanı Ukraynaya keçir

Rusiya maşın karvanı Ukraynaya keçir
21.08.2014 11:08

270 yük maşını Ukraynanın şərq bölgəsi üçün nəzərdə tutulan humanitar yüklə sərhəddi keçməyə hazırlaşır

Rusiya avtomobil karvanından 270 yük maşını Ukraynanın şərq bölgəsi üçün nəzərdə tutulan humanitar yüklə sərhəddi keçməyə hazırlaşır. 

ANS PRESS-in məlumatına görə, Ukrayna XİN məlumatında bildirilir ki, ölkənin sərhəd və gömrük xidməti hələ də Rusiyadan gələn humanitar yükə baxış keçirməyə başlamayıblar.

“Ukrayna tərəfi Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin yükü çatdıracağına hazır olduqlarını bildirdikləri vaxt təcili müəyyən olunmuş işə başlamağa hazırdır”, - deyə XİN-in məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, separatçı tərəf və Rusiya Qırmızı Xaçın personalının və yükün təhlükəsizliyinə təminat verməlidir.

Daha əvvəl qərbi gömrük idarəsinin nümayəndəsi Rayan Faruçkin bildirmişdi ki, gömrükçülər yükün sənədləşdirilməsi işinə başlayıblar. Bundan sonra maşınlar döyüşlər gedən Donetsk tərəfə yol almadırlar.

Rusiya tərəfi maşın karvanı bir neçə günlük Kamensk-Şaxtinskiy şəhəri yaxınlığında saxlatdırmışdı. Hökümət rəsmiləri bildirmişdi ki, maşınlarda 2 ton hunanitar yük var.

Qırmızı Xaç bildirmişdi ki, Rusiya və Ukrayna tərəfinin gömrükçüləri yükə baxmağa hazırdırlar. Lakin sərhəd keçid məntəqəsinin separatçıların əlində olması məsələni uzatmışdı.

Bu arada Donbasda qızğın döyüşlər gedir. Hər iki tərəf bildirib ki, onlar 16 min əhalisi olan mühüm dəmir yolu keçidi yerləşən İlovaysk şəhərini ələ keçiriblər.

Ukrayna mənbələri bildirirlər ki, şəhər hökümət ordusunun nəzarətindədir. Lakin separatçılar buna cavab olaraq Ukrayna ordusunun şəhərə hücumunun qarşısını alıblar.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol