İraqda etirazlar - 44 nəfər öldü

İraqda hakimiyyət əleyhinə etirazlarda mindən çox insan
yaralanıb, 44 nəfər həlak olub, bu barədə "Associated Press" informasiya agentliyi məlumat yayıb.
Ölkədə etirazlar oktyabrın 1-dən
başlanıb. Səbəb ölkədə yaşanan iqtisadi böhran və işsizlikdir. Mitinqin qarşısını
almaq üçün İraq polisi gözyaşardıcı qazla yanaşı döyüş təyinatlı güllələrdən
istifadə edib. Etirazçılara atəş açılıb.
Paytaxt Bağdadda komendant saatı tətbiq
edilib. Ölkənin əksər hissəsində internet yayımı dayandırılıb.
Beynəlxalq hüquq müdafiəsi təşkilatı "Amnesty
İnternational" baş nazir Adil Abdul Mehdini ölkədə güc strukturlarını mühakimə
etməyə və etirazçıların ölüm səbəbini araşdırmağa çağırıb.
Tərcümə: Cavid Zahidoğlu
























