Rusiyalı jurnalist İranda tutuldu

Rusiyalı
jurnalist Yulya Yuzik İran xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
www.anews.az
"İnterfaks”
İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın İrandakı səfirliyi jurnalist
Yulya Yuzikin saxlanılması ilə bağlı araşdırmaya başlayıb.
Rusiyanın
press-atteşesi Andrey Qanenkonun bildirdiyinə görə, jurnalisti İran hüquq mühafizə orqanlarının əməkdaşları
qaldığı mehmanxanada saxlayıblar. "Y.Yuzik hazırda Tehrandadır və kamerada
saxlanılır. Şənbə günü onun işi ilə bağlı məhkəmə iclası olacaq. Jurnalisti 10 il azadlıqdan məhrumetmə
cəzası gözləyir”, - deyə press attaşe əlavə edib.
A.Qanenkonun
fikrincə, jurnalist xanım İsrail Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıqda günahlandırılıb.
"RİA Novosti”
informasiya agentliyi xəbər verir ki, məlum hadisə ilə bağlı İranın Rusiyadakı
səfiri Rusiya XİN-ə çağırılıb. Bu barədə məlumatı isə nazirliyin sözçüsü Mariya
Zaxarova verib.
Tərcümə: Cavid Zahidoğlu
www.anews.az
























