• $
  • €
  • ₽
  • ₺
  • £

İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı - VIDEO

İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı - VIDEO
11.10.2019 11:10
İranın "Sinopa” adlı neft tankerində partlayış olub.

Publika.az "Röyters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında baş verən hadisədən sonra yanğın meydana gəlib.
Hadisə ilə bağlı İrandan verilən ilk açıqlamada partlayışın səbəblərinin araşdırıldığı, ehtimallardan birinin hücum ola biləcəyi, tanker heyətinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Yanğın bir müddət sonra nəzarət altına alınıb.
Daha sonra İran bir deyil, iki neft tankerinin partladığını açıqlayıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Oman körfəzində Norveç və Yaponiyanın firmalarına aid neft tankerlərinə hücum təşkil olunmuşdu. Tankerlərdəki 44 nəfər İran gəmisi tərəfindən xilas edilmişdi. Amma ABŞ hücumda İranı ittiham etmişdi.
Rəsmi Tehran hücumla əlaqəsinin olmadığını açıqlamışdı.

May ayında isə Səudiyyə Ərəbistanı Hörmüz boğazında iki neft tankerinə hücum edildiyini elan etmişdi.
İngiltərənin vassallığında olan Cəbəllütariq muxtar hökuməti Suriyaya qeyri-leqal yolla neft daşımasında ittiham etdiyi İranın "Grace 1” neft tankerini girov götürmüşdü.

Bölgədəki neft tankeri gərginliyi Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco”nun partladılmasından sonra pik həddə çatmışdı. Yəməndəki Husi üsyançıları 10 Silahlı Pilotsuz Uçuş Aparatı vasitəsilə hücumu təşkil etdiklərini açıqlamışdı.
ABŞ və Səudiyyə Ərəbistanı hücumda yenə də İranı günahlandırmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol