Qasırğaya görə 10 milyona yaxın insan təxliyyə ediləcək

Yaponiya sahillərinə yaxınlaşan "Haqibis" qasırğasına görə demək olar, 10 milyona yaxın insan təxliyyə ediləcək.
Məlumata görə, 7,6 milyondan çox insana təxliyyə hazırlığına başlamaq, daha 1,7 milyondan çox insana bilavasitə təxliyyə haqqında tövsiyə edilib. Yaponiyanın mərkəzi hissəsində 8 min insana məcburi təxliyyə məsləhəti verilib. Eyni zamanda paytaxt üzrə təqaüdçülərin və yaşlı insanlarının təxliyyəsi başlanıb.
"Haqibis" artıq ilk dağıntılara gətirib çıxarıb - Tokio prefekturasındabir şəxsi kottec dağılıb, nəticədə onun içində olan 4 nəfər xəsarət alıb. Məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb
www.anews.az
























