Zəvvarları daşıyan avtobus yandı - Çoxlu sayda ölü var

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.
Anews.az TASS agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin məlumatına əsasən, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb.
Qəzadan sonra avtobusun alışdığı bildirilir.
www.anews.az
























