Türkiyənin Suriyada başlatdığı əməliyyatdan sonra PKK-nın vətəndaşları öldürdüyü partlayışın videosu paylaşılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mardində 8 nəfərin şəhid olduğu 35 nəfərin yaralandığı terror hücumu təhlükəsizlik kameraları tərəfindən qeyd edilib. Yeni yayılan görüntülərdə partlayışdan qaçan insanların binaya sığındığı, bir ananın uşağını qorumağa çalışdığı və yaralanmış vətəndaşın sürünərək otağa girməyə cəhd etdiyi müşahidə edilir.
www.anews.az