Qadın bədxassəli şişi hamiləliklə səhv saldı

İngiltərənin Dorset ştatının Borsinqton şəhər sakini bədxassəli şişi hamiləliklə qarışdırıb.
"Testi etdikdən beş həftə sonra nəyinsə yolunda getmədiyini hiss etdim. Bunu izah etmək çətindir, amma hiss edirdim ki, mən hamilə deyiləm. Daim ürəyim bulanırdı və qarnım normasından çox tez böyüyürdü”.
Hamiləliyin on ikinci həftəsində ultrasəs müayinəsi şübhələrin doğruluğunu təsdiqləyib. Dölün əvəzinə, qadında şiş aşkarlanıb. Hətta həkimlər aşkarlanan şişin bəzi hallarda bədxassəli şişə çevrilə biləcəyini deyib.
Şişin çıxarılmasından sonra qadın kimyaterapiya alsa və indi yaxşı olsa da, mütəmadi olaraq müayinə olunmalıdır.
www.anews.az
























