• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda Sərkisyana qarşı gizli çevriliş...

Ermənistanda Sərkisyana qarşı gizli çevriliş...
19.08.2014 15:48

Erməni siyasətçiləri tətildən istifadə edərək fəal şəkildə rayonlara gedib sakinlərlə görüşürlər.

ANS PRESS-in məlumatına görə, bugünkü məqaləsini bu məsələyə həsr etmiş erməni şərhçi Naira Ayrumyan bunu Ermənistanda gözlənən hakimiyyət çevrilişinin əlaməti kimi dəyərləndirib.

“Belə işlər adətən seçki zamanı edilir. Görünür, erməni siyasətçiləri yaxınlaşan dəyişikliyi hiss ediblər və əvvəlcədən buna hazırlaşmağa başlayıblar”, - deyə Naira Ayrumyan vurğulayır.

Şərhçinin sözlərinə görə, Ermənistanın siyasi elitası cəmiyyətin ehtiyaclarından və dövlətin real öhdəliklərindən çox uzaqlaşıblar: “Son zamanlarda dövlət qərarlarının qəbul edilməsi Rusiyaya həvalə edilib, az miqdarda kiçik yerli qərarlar isə oliqarxlar tərəfindən verilir”.

Hazırda Ermənistan rəhbərliyi əsasən Rusiyayönümlü qərarlar qəbul edir və Serj Sərkisyan başqa istiqamət tanımadığı üçün Moskvanın müti qulu kimi ölkəsini Avrasiya İttifaqına doğru aparmaqdan başqa yol tanımır. Rusiyaya qarşı ABŞ-ın sanksiyaları fonunda bu, bir sıra erməni siyasətçilər tərəfindən normal sayılmır. Artıq ABŞ öz ehtiyat fondundan bazara neft çıxarmağa başlayıb və bu, ilk dəfə olaraq neft fyuçerslərinin qiymətini barrel üçün 100 dollardan aşağı enməyə məcbur edib. Rusiya büdcəsində isə neftin qiyməti 102 dollar nəzərdə tutulub.

ABŞ bu siyasətini davam etdirsə, Ukrayna ilə müharibə aparan Rusiya Sovet İttifaqının taleyini təkrarlayacaq. Nəticədə, eynən SSRİ kimi xaricdəki hərbi bazaları bağlamağa və daxili problemləri həll etməyə məcbur olacaq. O zaman Ermənistan havada qalacaq və vaxtında Qərbə üz tutmadığına görə, Avropa Birliyinin qapıları da üzünə bağlı olacaq.

Ermənilər, təbii ki, ölkəni çətin vəziyyətdən çıxaracaq, AB ilə Moskva arasında manevar edə biləcək bir lider istəyirlər. Hələ komsomol vaxtından Moskvanın zombisinə çevrilmiş Serj Sərkisyan bu cür manevr imkanlarına malik deyil. Ona görə də, ermənilər, təbii ki, yeni lider axtarışındadırlar. Bu lider, bəlkə də, artıq məlumdur. Sadəcə, 1999-cu il oktyabrın 27-də parlamentdə Karen Demirçyanın öldürülməsini nəzərə alaraq onun adını açıqlamırlar. Əks halda, eyni qüvvələr yeni lideri də aradan götürə bilərlər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol