• $
  • €
  • ₽
  • ₺
  • £

7 il öncə öldürülən deputatla ailə üzvlərinin meyitləri tapıldı

7 il öncə öldürülən deputatla ailə üzvlərinin meyitləri tapıldı
29.05.2020 04:19
Rusiya İstintaq Komitəsinin əməkdaşları 2012-ci ildə kriminal avtoritet "Şişkan”ın (Oleq Şişkanov) sifarişi əsasında qətlə yetirilən Ramen rayonu qanunverici məclisinin deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün cəsədlərini aşkarlayıb.


Bu barədə "TASS” agentliyinə Komitənin rəsmi nümayəndəsi  Svetlana Petrenko məlumat verib.



"Cinayət qurbanları "Plemzavod Ramenskoye” QSC-nin baş direktoru və üç qohumu idi. Müstəntiqlərin sözlərinə görə, onlar torpaq icarəsi verməkdən imtina etdikləri üçün Oleq Medvedevin rəhbərlik etdiyi cinayət icmasının üzvləri tərəfindən aradan qaldırılıb, - deyə Petrenko vurğulayıb.


Müstəntiqlər Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə 12 gün Moskva vilayətinin Ramen rayonundakı yaz bağ evinin ərazisindəki 2 min kvadrat metrdən çox ərazini araşdırdıqdan sonra meyitləri təxminən 4 metr dərinlikdə aşkarlayıblar. Cəsədlərdən ikisinin başında güllə yaraları aşkar edilib.


Şişkanov və cinayətkar cəmiyyət üzvünə qarşı qətl, sağlamlığa zərər vurma, qanunsuz odlu silah və döyüş sursatı, cinayət məclisində təşkilatçılıq və iştirak etmə halları araşdırılır.


Cinayət işində doqquz təqsirləndirilən şəxs həbsdə qalıb: Oleq Medvedev, Eduard Xarkov, iş adamı Yuri Qriqoryev, "Kanalservis” MMC baş direktorunun müavini Dmitri Qusev, Dmitri Barışnikov, taksi sürücüsü Yuri Ofitserov, Dmitri Xlamkin, Loretis Vitkauskas, Mixail Korovin.


Xatırladaq ki, Şişkanov və onun ortaqları 2012-ci ildə "Plemzavod Ramenskoye” şirkətinin baş direktoru vəzifəsini icra edən Moskva vilayətinin Ramen rayonunun deputatı Tatyana Sidorovanın qaçırılması və öldürülməsində iştirak ediblər. Sidorova, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü oğlu və 1947-ci il təvəllüdlü bacısı 2012-ci ilin 21 fevralında itkin düşüblər. Malaxovo kəndindəki fərdi evinə baxış keçirilərkən otaqlarda qan izləri aşkar edilib.
 
////Qafqazinfo

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol