Keçmiş nazir vertolyot qəzasında öldü - FOTO

Ukraynanın keçmiş aqrar siyasət və qida naziri Taras Kutovıy vertolyot qəzasında həlak olub.
Məlumata görə, Kiyevdən havaya qlxan "Robinson-44” tipli vertolyot Poltava bölgəsinin Orjitsko rayonunun Tarasenkovo kəndində qəzaya düşüb. Vertolyotu eks-nazirin özü idarə edirmiş. O, hadisə yerindəcə keçinib.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü T. Kutovıy 2016-2018-ci illərdə nazir postunda olub.(qafqazinfo)

www.anews.az
























