• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Avropa Birliyi "boşanma" mərhələsində - The Moscow Times

Rusiya və Avropa Birliyi "boşanma" mərhələsində - The Moscow Times
28.05.2020 21:43
Bu günlərdə, ingilis dilində yeganə gündəlik Rusiya qəzeti "The Moscow Times"da Avropa Birliyi və Rusiyanın zamanla bir-birindən daha da uzaqlaşması, hətta vaxt ötdükcə vəziyyətin pisləşməsinə dair məqalə dərc olunub. Məqalənin müəllifi Ceyms Niksidir. ANN.Az həmin məqalədən bir hissəni oxucuların diqqətinə təqdim edir:Rusiyanın demək olar ki 80 faiz əhalisi Uraldan qərbdə yaşayır. Avropa – yalnız bazar deyil, bu, bir istiqamətdir.Amma yenə də, boşanma prosesi tam sürətlə gedir. Bunun əlamətləri xeyli müddət ərzində (Ukraynadan əvvəl) görünməyə başladı, amma bu qədər uzağa gedə biləcəyini çox az adam gümanlaya bilərdi. Rusiya özünü Avropanın ümid etdiyi kimi aparmağa başlamadı. Avropanın Avropa Birliyi tərəfindən təklif edilən qaydalara əsaslanan yanaşması, həmçinin bu yanaşmanın Rusiyanın öz nəhəng dövlət statusunu bərpa etməsinə heç bir aidiyyatının olmaması Rusiyanın indiki liderlərini və siyasətçilərini qıcıqlandırır.Bu müddət ərzində Avropa Birliyi vəziyyəti düzəltmək cəhdlərinə təşəbbüs edirdi, amma Avropa Birliyi ilə Rusiya arasında son dörd ildə yüksək səviyyədə keçirilmiş səkkiz sammit arzu olunan nəticələr vermədi. Rusiya Qərbin barışmazlığıyla məyus oldu, çünki Avropa Birliyi ona ümumi yanaşılan ərazidə güzəşt etməkdən imtina edirdi. Avropa Birliyi öz adi şizofreniyasıyla ümid edirdi ki, Vladimir Putinin ürəyinin dərinliklərində balaca bir islahatçı-Qorbaçov gizlənir, amma eyni zamanda məyus olurdu ki, beynəlxaq norma və qaydalara zidd olan dövlətin (Rusiya) lideri ilə danışıqlar masasında əyləşir. Tərcümə Ramil Rahiboğluwww.chathamhouse.org/expert/comment/15499?dm_i=1TYG,2PMV3,FPCXFX,9W0YD,1ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol