İranda universitetdə PARTLAYIŞ - Yaralananlar var

ranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub.
Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Urmiya rayonu yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəisi İbrahim Şad Quşçu deyib.
İdarə rəisi əlavə edib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Hadisənin səbəbi araşdırılır.
www.anews.az
























