Türklər İŞİD-ə etiraz etdi

Türkiyədə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı aksiya keçirilib.
ANS PRESS-in məlumatına görə, Demokratik Azad Qadın Hərəkatı üzvləri Şanlıurfada toplaşaraq İŞİD-in Suriya və İraqda törətdiyi qırğınlara etiraz ediblər. Əksəriyyəti qadınlar olan aksiyada plakatlar çıxarılıb və İŞİD əleyhinə şüarlar səslənib.
Aksiyaçılar İraqda yezidi kürdlərə qarşı soyqırım törədilməsini kəskin pisləyib. Etirazçılar yezidi kürdləri müdafiə edərək onları qorumaq lazım olduğunu bildiriblər.
Etiraza yüzlərlə insan qatılıb. Dinc aksiya bir müddətdən sonra dağılıb.
ANS PRESS
























