Türkiyədə min polislə əməliyyat - ФОТО

Türkiyənin İstanbul şəhərində min polisin iştirakı ilə narkotik əməliyyatı keçirilib.
ANS PRESS-ə verilən məlumata görə, əməliyyata polis helikopterkləri havadan dəstək verib. Əməliyyata narkotik polisləri ilə yanaşı, çevik alay və xüsusi təyinatlıları da qatılıb. Əməliyyat çərçivəsində 39 küçədə eyni vaxtda axtarış tədbirləri təşkil edilib.
Küçələrdə şübhəli olduğu görülən hər kəs saxlanılaraq yoxlamadan keçirilib. Əməliyyat davam etdiyi müddətdə məhəllə sakinləri polislərəri alkışlayaraq dəstəkləyib.
ANS PRESS
























