• $
  • €
  • ₽
  • ₺
  • £

Smartfonlara gizlicə qulaq asmaq olacaq

Smartfonlara gizlicə qulaq asmaq olacaq
16.08.2014 15:00
Stenford Universitetinin tədqiqatçıları İsralin hərbi texnologiyalar sahəsində hazırlamalarla məşğul olan “Rafael” şirkətinin nümayəndələri ilə birgə müəyyənləşdiriblər ki, qurğuların məkanda vəziyyətinin təyini üçün müasir smartfonların əksəriyyətinə quraşdırılmış jiroskoplar vasitəsi ilə smartfonlara gizlicə qulaq asmaq mümkün olacaq. “ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, tədqiqat zamanı alimlər müəyyən ediblər ki, jiroskop yalnız smartfonun məkanda vəziyyətini deyil, həmçinin qurğunun ətrafında havanın cuzi dəyişikliyini qeydə ala bilər. Bu xüsusiyyət jiroskopa smartfondan yaxın məsafədə səsləndirilmiş səsləri kifayət qədər yüksək dəqiqliklə “tanımağa” imkan verir. Tədqiqatçıların keçirdiyi sınaqda smartfon yaxınlığında 0-dan 10-dək rəqəmlər səsləndirilib. Nəticədə jiroskop səsləndirilmiş sözlərin 65 faizini aydın şəkildə müəyyən edib.  Jiroskopun bu gizli imkanı informasiya təhlükəsizliyinə ciddi təhlükədir. Çünki istifadəçilər hər hansı şübhəli tətbiqin fotokamera, “GPS” modulu və ya mikrofona müdaxiləsinə qadağa qoya bilər, amma jiroskopa yox. Tədqiqatın ətraflı nəticələri və digər texniki aspektlər gələn həftə “Usenix” təhlükəsizlik konfransında təqdim ediləcək. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol