iPhone cinayətkara kömək etdi

“Apple”ın iOS əməliyyat sistemli cihazlar üçün hazırladığı fərdi ağıllı köməkçisi "Siri"dən öldürdüyü otaq yoldaşının cəsədini kömək istəyən Pedro Bravo polisdən qaça bilməyib. ANS PRESS-in məlumatına görə, iddiada deyilir ki, 2012-ci ildə otaq yoldaşının Bravonun keçmiş sevilisi ilə görüşməsi tərəflər arasında mübahisə yaradıb. Mübahisə zəminində Bravo otaq yoldaşı Kristian Aquiları öldürüb. Öldürdükdən sonra nə edəcəyini bilməyən Bravo telefondan kömək istəyib. Cəsədi harda gizlədim sualına "Siri" proqramı "Bataqlıq, su anbarı, mədən və ya zibillik" təkliflərini verib. Telefondakı bu məlumatı dəlil olaraq qəbul edən polis, 20 yaşındakı Bravonu 2012-ci ildə törətdiyi cinayətə görə həbs edib. Aradan keçən iki ilin ardından bölgədəki ovçular Aquiların cəsədini tapıb. Dostuna vurduğunu qəbul edən ABŞ-lı gənc, onu öldürdüyü iddiasını rədd edir.ANN.Az
























