Kərbəlada İran konsulluğuna hücum: 5 ölü, 20 yaralı

Xəbər verdiyimiz kimi, İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna hücum edilib.
TASS-ın verdiyi xəbərə görə, diplomatik nümayəndəliyi qoruyan təhlükəsizlik qüvvələri ilə bir qrup şəxs arasında baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Məlumata görə, nümayişçilər İran bayrağını İraqın dövlət bayrağı ilə əvəzləyiblər.
www.anews.az
























