Avropa istidən qovrulur

Avropanın bəzi ölkələrində kəskin istilər həyatı iflic edib. Yunanıstanda bu gün və növbəti 3 gün ərzində yayın ən isti günlərinin yaşanacağı barədə xəbərdarlıq edilib. Paytaxt Afinada sakinlər və turistlər sərinləmək üçün hovuzlara və fəvvarələrə axışıblar. Bu gün Afinada havanın temperaturunun 37 dərəcəyə, bəzi şəhərlərdə isə 41 dərəcəyə çatacağı proqnozlaşdırılıb. ANS PRESS-in məlumatına görə, anoloji vəziyyət Rumıniyada da hökm sürür. Paytaxt Buxarestdə temperatur 37 dərəcəyə çatıb. Qalati bölgəsində 2 nəfər günvurmadan xəstəxanaya yerləşdirilib. Buxarestin müxtəlif rayonlarında tibbi yardıma və ya sərin suya ehtiyacı olanlar üçün 20 çadır qurulub. Anomal istilərin bir neçə gün də davam edəcəyi proqnozlaşdırılıb.ANN.Az
























