Bu ölkədə yaşlılar daha çox narkotik maddə qəbul edirlər.

Böyük
Britaniyada son on ildə kokaindən asılılığa görə xəstəxanaya düşən təqaüdçülərin
statistikası müəyyənləşdirilib.
www.anews.az
"The
Sunday Times”in məlumatına görə, son bir ildə yaşı 60-dan yuxarı olan 379 nəfər
təqaüdçü müalicə alıb. 10 il əvvəl isə bu yaş mərhələsində olan cəmi 49 nəfər
müalicə olunub.
90
yaşdan yuxarı qocaların isə siyahı üzrə sayı 2-dən 10-a yüksəlib.
Mütəxəssislər
mövcud vəziyyətin yaranmasının səbəbini uzunömürlülüyün artmasında, narkotik maddələrin ucuzluğunda və
yüksək keyfiyyətli olmasında görüblər.
"Royal
College of Psychiatrists”-in doktoru Emili Finç yayılan statistik məlumatı "dərin
həyəcan” adlandırıb.
Kollecin
mütəxəssisləri oktyabr ayındakı tədqiqatlarla bağlı açıqlayıblar ki, ölkənin paytaxtında gündəlik 23 kq-dan artıq
kokain istifadə olunur. Bu, istənilən Avropa şəhərindəki göstəricidən yüksəkdir.
Tərcümə:
Cavid Zahidoğlu
www.anews.az
























