İsrail Qəzzada cihadçıların liderini məhv etdi

İsrail ordusu Qəzza zolağında Fələstinin "İslam cihadı” islam qruplaşmasının lideri Baxaa Əbu əl-Atanın olduğu evi məhv edib.
Aviazərbələrdən sonra qruplaşma üzvləri İsrail ərazisinə raketlə zərbələr endirməyə başlayıblar.
www.anews.az
Bununla bağlı İsrail ordusunun "Twitter” hesabında məlumat paylaşılıb.
Məlumatda evin peykdən çəkilmiş görüntüsü və dağılmış binanın fotoları yerləşdirilib. Məlumata görə, əməliyyatı şəxsən İsrail Baş naziri Binyamin Netanyahu təsdiqləyib. "İslam cihadı” qruplaşması isə hücumlar zamanı liderlərdən birinin oğlunun öldüyünü bildirib.
www.anews.az
























