• $
  • €
  • ₽
  • ₺
  • £

"Sputnik"in baş redaktoru növbəti dəfə qalmaqallı VİDEO paylaşdı

"Sputnik"in baş redaktoru növbəti dəfə qalmaqallı VİDEO paylaşdı
16.11.2019 13:31
Azərbaycanda, Türkiyədə və eləcə də dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən "Sputnik" xəbər agentliyinin baş redaktor, erməni əsilli Marqarita Simonyan növbəti dəfə milliyətçi paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında Moskvadakı restoranların birində erməni diasporasının üzvlərilə birgə oxuduğu mahnının video görüntüsünü paylaşıb.
Simonyanla birgə mahnı oxuyanların arasında onun həyat yoldaşı erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan da olub.

Simonyanın paylaşımının altından rəy yazaraq onlara dəstək verənlərdən biri də Moskvada yaşayan erməni milyarder, "Taşir" şirkətinin prezidenti Samvel Karapetyanın arvadı Eteri Karapetyan olub.

Marqarita Simonyan və erməni diasporası üzvlərinin oxuduqları mahnının sözlərini XIX əsrin sonlarında Osmanlıya qarşı üsyan qaldıran, "Arabo" ləqəbli terrorçu - Arakel Mxitaryanın yazdığı "Oyan, Lao" şeirindən götürülüb.

Məlumat üçün qeyd edək ki, körpə erməni uşağına xitabən yazılan "Oyan, Lao" artıq erməni millətçilərinin himninə çevrilib. Bütün dünyada Türkiyəyə qarşı mübarizə aparan erməni millətçilər bu mahnıdan himn kimi istifadə edirlər.

Simonyan, Tiqran Keosayan və digər ermənilərin oxuduqları mahının sözlərində belə ifadələr yer alıb: "Ordu toplayıb Muş vadisini mühasirəyə aldılar. Sultan bizi məhv etmək istəyir. Xahiş edirəm, oyan, Lao".

Onu da bildirək ki, mahının müəllifi olan "Arabo" uzun illər Osmanlıya qarşı döyüşən terrorçu olub. Tiflisdə "Daşnaksütun" təşkilatının qurucularından olub. Ermənilər "Arabo"nu özlərinin milli qəhrəmanına çeviriblər. Hətta Qarabağ müharibəsi zamanı xaricdən gələn erməni terorçulardan ibarət qrupa da "Arabo"nun adını qoyublar.

Qeyd edək ki, bu, Sputnik"in baş redaktorunun Türkiyə və Azərbaycan əleyhinə olan ilk paylaşımı deyil. Daha əvvəl də Siponyan bu cür milliyətçi paylaşımlar edib. Bir qədər əvvəl "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında əlində avtomat silah tutan yaşlı bir qadının şəkilini paylaşıb. Həmin şəkilin üzərində isə "106 yaşlı erməni qadın öz evini qoruyur. 1990-cı il", - yazılıb.
Marqarita Simonyanın paylaşdığı şəkilə rəy yazanlar bildiriblər ki, bu şəkil Dağlıq Qarabağda Mardakert (Ağdərə) rayonunda çəkilib. "Sputnik"in baş redaktor bu şəkili paylaşmaqla həm də azərbaycanlıların 1990-cı ildə  Dağlıq Qarabağa hücum etdiklərinə işarə vurur
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol