Dəhşətli yol qəzasında 11 nəfər öldü - Çoxlu sayda yaralı var
29.05.2020 03:29
Meksikada ölümlə nəticələnən yol qəzası baş verib.
APA -nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Mexiko ştatında, Mexiko-Paçuka yolunun 16-cı kilometrliyində qeydə alınıb.
Üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb, 25 nəfər xəsarət alıb.