• $
  • €
  • ₽
  • ₺
  • £

Kardinal İŞİD-i tənqid etdi

Kardinal İŞİD-i tənqid etdi
13.08.2014 23:40
"Bütün dünya Atatürkün sonlandırdığı xəlifəliyin yenidən dirildilməsini heyrətlə izləyir""Bütün dünya müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün 29 oktyabr 1923-cü ildə sonlandırdığı xəlifəliyin yenidən dirildilməsini heyrətlə izləyir" .ANS PRESS-in məlumatına görə, bu sözləri papalıq dinlərarası dialoq şurasının sədri, kardinal Cin Luis Tauran İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə bağlı yaydığı yazılı məlumatda qeyd edib. Kardinal məlumatda, ələ keçirdikləri şəhərlərdə yaşayan xristianları ya sürgünə, ya da müsəlman olmağa məcbur edən və yezidilərə qarşı qırğın törədən İŞİD-i kəskin tənqid edib.Kardinal Tauran İŞİD-in insanlıq adına utancverici bu hərəkətlərinə qarşı dəqiq və cəsur addım atmağın lazım olduğunu ifadə edib: "Dini məsuliyyətləri olan liderlər, dinlərarası dialoqla məşğul olanlar və bütün yaxşı niyyətli kəslər nüfuzlarını hökumətlər üzərində istifadə etməlidir. Dövlətlərə terrorizmi dəstəkləməyin, maliyyə yardımı etməyin, onları silahlandırmağın əxlaqi cəhətdən qəbahət bir şey olduğunu izah etmək lazımdır".Tauran insanların başlarının kəsilməsi, çarmıxa çəkilməsi, cəsədlərinin cəmiyyətə açıq yerlərdə sərgilənməsinin qəbul edilməz olduğunu bildirib. O qeyd edib ki, çox sayda uşaq, yaşlı, hamilə qadın və xəstələrin da olduğu insanları köçə məcbur etmək, yezidi və xristian qızların döyüş qəniməti olaraq qaçırılması, müsəlman və xristianların ibadət yerlərinin yerlə bir edilməsi heç bir dində qəbul edilmir.Əsrlərdir müsəlmanlar və xristianların birlikdə yaşamaq mədəniyyətinə sahib olduqlarını da vurğulayan Tauran, xüsusilə son illərdə iki din arasında dərinləşən əlaqələr qurulduğunu qeyd edib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol