• $
  • €
  • ₽
  • ₺
  • £

“Sağ əli” də Trampı tərk edir - İstefa

“Sağ əli” də Trampı tərk edir - İstefa
21.11.2019 15:39
ABŞ-ın dövlət katibi Mayk Pompeo Tramp administrasiyasını tərk etməyi planlaşdırır. 
Cebhe.info-nun məlumatına görə, bu barədə ABŞ-ın "Time" nəşri Respublikaçılar Partiyasının rəhbərliyindəki üç mənbəyə  istinadən xəbər yayıb. 
"Pompeonun ölkə liderinə sadiq fiqur olduğunu nəzərə alsaq, Trampın komandasından xarici siyasətə rəhbərlik edən artıq ikinci şəxsin ayrılması suallar doğurur". 

Qeyd edilir ki, Pompeo postunu tərk etməyə hazırlaşır. Ancaq bunu etmək mümkün qədər səlistdir. Dövlət katibinin planlarını ölkə başçısı ilə müzakirə edib-etmədiyi məlum deyil. Gəzən söhbətlərə görə, Pompeo 2020-ci ildə Senata keçiriləcək seçkilərə Kanzas ştatından qatılmaq qərarına gəlib. O özü seçkilərə getməyə hazırlaşmadığını birmənalı şəkildə bəyan etsə də hadisələrin bu cür dönəcəyi istisna edilmir. 
Pompeo respublikaçı konqresmen kimi qanunverici orqanda çoxillik təcrübəyə malikdir. O, ABŞ Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin üzvü olub, həmçinin 2012-ci il sentyabrın 11-də Liviyanın Benqazi şəhərində ABŞ konsulunun radikal islamçıların əli ilə öldürülməsinə dair  hadisələri araşdıran komissiyaya daxil olub. 

Pompeo olduqca sərt mühafizəkar mövqeyi ilə tanınır və Respublika Partiyası daxilindəki qeyri-rəsmi bir siyasi qrup olan Çay Partiyası ilə əlaqələndirilir. O, həmçinin Milli Atıcılar Assosiasiyasının üzvü olub. 

Pompeo 2018-ci ilin mart ayında dövlət katibi postunu tutub. Buna qədər isə o, Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib. Pompeo ABŞ-ın başçısına sadiq hesab olunur, onu tez-tez  "prezidentin ən sevimli namizədi" adlandırırlar. 
Dövlət katibi Trumpın tapşırıqlarını fəal şəkildə yerinə yetirirdi.  KXDR ilə münasibətlər qurmaq, eləcə də 2018-ci ilin iyununda ABŞ prezidenti ilə Şimali Koreya lideri Kim Çen In arasında sammiti hazırlamaq ona etibar edildi. O, ABŞ prezidentinin kursunu fəal şəkildə davam etdirir, bəzən NATO-dakı müttəfiqləri sərt şəkildə tənqid edir. 

"Müqavilələr bizə və müttəfiqlərimizə mane olursa, onda ya düzəliş edilməlidir, ya da ləğv edilməlidir". Pompeo, 2018-ci ilin dekabrında Brüsseldə Corc Marşal mərkəzindəki görüşdə belə deyib. 

Üstəlik, Pompeonun rəhbərliyi ilə ABŞ-ın 1987-ci ildə SSRİ və ABŞ tərəfindən imzalanmış Yaxın və  Orta Mənzilli Raketlər haqqında Müqavilədən çıxıb. Yeri gəlmişkən, Dövlət Departamentinin işçiləri üçün Pompeonun rəhbərliyinə gəlməyi bir xeyir adlandırmaq olar. O, sələfi Tillersonun çətin mirası ilə məşğul olmalı idi. Xarici Siyasət İdarəsində bir çox vəzifələr doldurulmadı, ABŞ səfirliklərinin işçiləri də az azaldıldı. ABŞ hökumətinin yoxlamasına görə, səfirliklərin təhlükəsizlik işçilərinin 989 postundan 160-ı boş idi. Pompeonun vaxtında vakant yerlər sürətlə doldurulmağa başladı. Bu, Pompeonun, Tillersondan fərqli olaraq, yüksək səviyyəli diplomatlar təyin olunmasını təsdiqləyən Konqreslə möhkəm əlaqələrinin olması ilə bağlıdır. 

Pompeo vəzifəsindən ayrılsa, son bir ildə Tramp administrasiyasını tərk etmiş yüksək vəzifəli şəxslərin uzun siyahısına qoşulacaq. Bir çoxları qeyd edirlər ki, Trampın ətrafındakılar Ronald Reyqan və kişik Corc Buşun administrasiyalarında olduğu qədər nüfuzlu şəxslərə sahib deyil.  Belə ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Buşun vitse-prezidenti Riçard Çeyninin oynadığı rolu oynamır, dövlət katibi Pompeo isə dövlət katibi Reyqanın dövlət katibi Corc Şults və Ceyms Beykerlə eyni çəkiyə sahib deyil.

Trampı tanıyanlar ABŞ-ın siyasətindəki bir çox uğursuzluqda günahkar hesab etdiyi sələflərinin etdiyi kimi, digər insanların da fikirlərinə etibar etməyə çox alışmadığını söyləyirlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol