20 yaşlı xanımın başına dəhşətli hadisə gəldi - Qabırğaları sındı

Çinin
Çjeszyan əyalətinin sakini davamlı öskürdüyü üçün 10 ədəd qabırğasının sınması
ilə xəstəxanaya yerləşdirilib.
www.anews.az
"Lenta.ru”nun "Daily Mail”ə istinadən
verdiyi xəbərə görə, adı açıqlanmayan 20 yaşlı qadın gecələr öskürəkdən əziyyət
çəkib. Müayinədən sonra astma xəstəliyi diaqnozu qoyulub və inqalyatorla (dərman
qəbul etmək üçün aparat) evə yola salınıb.
Buna
baxmayaraq, öskürəyi güclənən qadın bir neçə gün sonra sinəsinin sol nahiyəsindəki
bərk ağrılar səbəbi ilə yuxudan oyanıb.
Rentgen
müayinəsində 10 ədəd qabırğasının sındığı məlum olub. Həkimlər xəstəyə sümük zəifliyi
- D vitamininin azlığı və qanda kalsium və fosfor çatışmazlığı diaqnozunu
qoyublar.
Məlum
olub ki, qadın parlaq dəriyə sahib olmaq arzusunda olub. Məqsədinə çatmaq üçün
az hallarda küçəyə çıxıb. İl boyu günəş şüası əleyhinə vasitələrdən istifadə
edib. Bu isə tələb olunun ultrbənövşəyi şüaların qəbulunun qarşısını alıb.
Tərcümə:
Cavid Zahidoğlu
www.anews.az
























