• $
  • €
  • ₽
  • ₺
  • £

Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO

Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
28.11.2019 17:40
Saçlarını boyamaq britaniyalı tələbənin səhhətində ciddi problemlərə səbəb olub.
24 yaşlı Şennon Sarston öz acı təcrübəsini "The Sun”la bölüşüb.
Bildirilir ki, tələbə qız saçlarını tünd şokolad rənginə boyamaq qərarına gəlib. Ancaq hər zaman bu brenddən istifadə etdiyi üçün boyaya qarşı reaksiyanı yoxlamayıb.

Boyama zamanı Sarston dəridə yanma hiss etsə də, buna fikir verməyib. Bundan sonra onun boğazında qırmızı ləkələr yaranıb. Lakin gənc qız bunu da adi qıcıq sayıb.

Səhəri gün qız yuxudan sol gözündə şişlə oyanıb. O, xəstəxanaya çatdıqda artıq bir gözü tamamilə bağlanmış, alnı şişmiş, nəfəs yolları bağlanmağa başlamışdı. Həkimlər ona para-Fenilendiamina allergiya diaqnozu qoyurlar. Tənəffüsün bərpası üçün pasiyentə inqalyator, şişin çəkilməsi üçün preparatlar verilir.
Müalicə əvvəlcə müsbət təsir göstərir və Sarston evə göndərilir. Lakin səhəri hər iki göz o qədər şişir ki, tamamilə bağlanır, boğaz tutulur, baş dərisi isə "yanmağa” başlayır. Dörd gün ərzində həkimlər şişin çəkilməsinə və saçlardan boyanın yuyulmasına çalışırlar.

"Onlar mənə hətta başımı keçəl eləməyi təklif edirdilər, ancaq bunu etməmələri üçün onlara yalvardım. Nəfəs almaq çətinləşmişdi. Həkimlər bildirdilər ki, xəstəxanaya vaxtında gəlməsəydim, ölə bilərdim. Başım su ilə doldurulmuş şara oxşayırdı, gözlərim isə açılmırdı. Hətta bir müddət kor qaldım”, - deyə tələbə bildirib.
Sarston bildirib ki, preparatları üç ay qəbul etdikdən sonra allergiyanın təsirləri tədricən ötüşüb.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol