• $
  • €
  • ₽
  • ₺
  • £

Yandırılan azərbaycanlı iş adamı Telman Cəfərovun meyiti tapıldı

Yandırılan azərbaycanlı iş adamı Telman Cəfərovun meyiti tapıldı
12.08.2014 12:02
İyulun 30-da Ukraynanın Luqansk vilayətində separatçılar tərəfindən öldürülən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Cəfərovun meyiti uzun axtarışdan sonra tapılaraq Azərbaycana gətirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, diaspor rəhbərinin meyiti onun qardaşları tərəfindən tapılaraq iki gün əvvəl Rusiya ərazisi vasitəsilə Azərbaycana aparılıb. A. Osmanov xatırladıb ki, öldürüldükdən sonra separatçıların nəzarətində olan ərazidə qaldığı ehtimal olunan, uzun müddət tapılmayan T. Cəfərovun meyitinin aşkarlanması üçün səfirlik Ukrayna Xarici İşlər Nazirliyi və güc strukturları ilə yanaşı, beynəlxalq təşkilatların Kiyevdəki nümayəndəliklərinə də müraciət etmişdi: “Biz meyitin tapılması üçün çox ciddi çalışdıq və onun yaxınlarına şərait yaradıldı ki, meyit hadisənin baş verdiyi yerdən götürülsün”. A. Osmanovun sözlərinə görə, T. Cəfərovun meyiti yanmış formada tapılıb. O, öldürüldükdən sonra avtomobili qarışıq yandırılıbmış. T. Cəfərovun qardaşı oğlu Rahat Cəfərov isə APA-ya açıqlamasında bildirib ki, tanınmaz hala düşən meyit Bakıda ekspertizaya verilib və onun T. Cəfərov olduğuna tam əmin olunduqdan sonra Bakıda dəfn edilib. Qeyd edək ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb. Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol