• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran TƏHLÜKƏDƏ: xəbərdarlıq siqnalları çalınır

Tehran TƏHLÜKƏDƏ: xəbərdarlıq siqnalları çalınır
29.05.2020 04:31
İranın paytaxtı Tehranda havanın çirkliliyi xroniki problemlərdən birinə çevrilib.

Publika.az xəbər verir ki, çirkliliyin riskli dərəcədə artması səbəbilə şəhər miqyasında tədrisə ara verilib.
Şəhərin müxtəlif nöqtələrinə təcili tibbi yardım avtomobilləri yerləşdirilib. İctiami məkanlarda maska ilə gəzməyə məcbur olan vətəndaşlar çirkli havanın müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb olduğunu və gözlərinin yandığını bildirir.

Tehran Şəhər Bələdiyyəsi paytaxtın illərdir həllini tapa bilməyən hava çirkliliyi ilə mübarizə apara bilmək üçün velosipeddən istifadəyə təşviq, tək və cüt dövlət nömrə nişanlı avtomobillərin növbəli hərəkəti, yeni metro xətlərinin istifadəyə verilməsi, köhnə avətomobillərin istifadəsinə qadağa, fabriklərin şəhərdən kənara çıxarılması kimi bir çox layihələr həyata keçirməyə çalışsa da, şəhərin hava dövriyyəsinə uyğun olmayan coğrafiyası və əhalinin sıxlığı hər il qış aylarında eyni problemlərin ortaya çıxmasına səbəb olur.

Əhali istifadə olunan avtomobil markalarının və yanacağın keyfiyyətsiz olmasından şikayətlənir və elektriklə işləyən avtomobillərə keçid etməyi istəyir.
Qeyd edək ki, Tehran dünya miqyasında hava çirkliliyi siyahısında ilk 12 şəhər arasındadır.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər kubmetrə düşən 25 mikqroqram çirkli hissəcik hava çirkliliyində ən üst səviyyədir. Buna PM2,5 sərhədi deyilir. 100-dən çox aşkar edilən faizlər səhhətə zərərli, 250-dən çox isə xəbərdarlıq kimi dəyərləndirilir. Hazırda Tehranda bu rəqəm 158-dir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol