• $
  • €
  • ₽
  • ₺
  • £

“AKP Həmasın bir qoludur” - ŞOK

“AKP Həmasın bir qoludur” - ŞOK
11.08.2014 21:20
Rusiyanın Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərində qalib gəlməsi nəticəsində Türkiyənin parlament respublikasından prezident respublikasına keçəcəyini və dünyəvi cəmiyyət quruluşunun da getdikcə təzyiq altında qalacağını bildirib. Axar.az xəbər verir ki, İTAR-Tass-a açıqlama verən ekspert Ərdoğanın öz nüfuzunu getdikcə gücləndirəcəyini bildirib.  Onun sözlərinə görə, Ərdoğan müxalifəti zərərsizləşdirməyi bacaracaq: “Biz bunu Ərdoğanın təcrübəsində dəfələrlə görmüşük. Keçmiş müttəfiqi Fətullah Gülənin yüz minlərlə tərəfdarı olsa da Ərdoğanla fikir ayrılığı yarandığı üçün heç nəyə nail ola bilmirlər. Gülən tərəfdarları çox sürətlə aradan götürülür”.  Ekspertin sözlərinə görə, orduda da “təmizlik” edilib və tam nəzarətdədir: “Yaşlı generallar təqaüdə göndərildi, ya da Ərgənəkon iddiası ilə həbs olunub. Bunun nəticəsində isə Ərdoğanı dəstəkləyənlər vəzifəyə gətirilib”.  Taksim Meydanındakı hadisələrə toxunan ekspert artıq Türkiyədə Ərdoğanın rəqibinin olmadığını deyib: “İndi heç kəs Türkiyədə vəziyyəti dəyişdirə bilməz. İslam artıq Türkiyə cəmiyyətinin həyatında əhəmiyyətli rol oynamaqdadır. Türkiyə dünyəvi cəmiyyəti Atatürk tərəfindən quruldu, Ərdoğanla dağıldı. Türkiyədə Atatürk artıq yoxdur, Ərdoğanın yeni Türkiyəsi var. Seçkinin nəticələri də bunu təsdiq edir”.  Bundan başqa ekspert şok iddia ilə çıxış edib. O, Ərdoğan hakimiyyətinin radikal islamçı terror təşkilatlarından birinin qolu olduğunu iddia edib: “AKP Müsəlman Qardaşları, ya da Həmasın bir növ klonudur. Ərdoğan və AKP-nin xarici siyasəti belə düşünməyimizə əsas verir”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol