Türkiyədə yenə zəlzələ oldu, əhali küçələrə axışdı - Fotolar

Türkiyənin Bolu şəhərində 3,6 bal gücündə zəlzələ baş verib.


www.anews.az
"Haberler.com”un verdiyi xəbərə görə, yeraltı təkanlar 7 dekabr saat 01:36-da Kızılağıl kəndində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.
Dağıntılar və xəsarət alanlar olmayıb. Vətəndaşların əksəriyyəti qorxudan Hökumət Meydanına toplaşaraq gecəni orada keçiriblər.


www.anews.az
























