• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD qadınları qaçırdı

İŞİD qadınları qaçırdı
10.08.2014 18:35
Terror təşkilatı yezidilərin başlarını qoparıb, qadınları isə qaçırıb
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yezidilərə etdikləri hər kəsi heyrətə gətirib.
ANS PRESS-in məlumatına görə, Mosulun Şengal bölgəsini ələ keçirən İŞİD orada yaşayan yezidilərə hücum edib. 
Qırğınlardan qaçaraq Türkiyəyə pənah gətirən minlərlə yezidi kürd başlarına gələn müsibətləri danışıblar.  
İŞİD-in hücumundan sonra sürətlə yaşadıqları yerləri tərk etdiklərini deyən köçkünlər çətin şərtlər altında kilometrlərlə yol qət edərək Türkiyəyə sığındıqlarını dilə gətiriblər:  
"Uşaqlar aclıqdan öldülər. Şengalda yaşayan yezidilər qaçdılar. Qalan 1000-ə yaxın yezidini xilas etmək üçün bölgəyə helikopterlər göndərilib. 
Gecə saat 3-də İŞİD-in hücumuna məruz qaldıq. Biz məzlum insanlarıq. Günahsız yerə bizi öldürürlər. Hücumlarda türbələrimizə hücum etdilər, dağıtdılar. 
Şengaldan qaçarkən yolda ölənlərimiz oldu. Ölənlərimizi öz imkanlarımız ilə dəfn etdik. Kişi və uşaqları öldürüb başlarını qopardılar, qadınlarımızı isə apardılar. 
İŞİD ağır silahlar ilə gəldiyindən peşmərgələr də döyüşlərdən qaçıb".
Qeyd edək ki, hazırda bölgədə peşmərgə qüvvələri ilə İŞİD arasında toqquşmalar davam edir. 
ABŞ hökuməti də havadan hücumlar təşkil edərək İŞİD-in ərazilərini bombalayır. 
ABŞ-ın hücumları zamanı xüsusilə silah anbarları və ağır artileriyalar hədəf alınır.
Qaynar.info
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol