• $
  • €
  • ₽
  • ₺
  • £

Pol Qobl: “Ermənistan çox təhlükəli dövr yaşayır...”

Pol Qobl: “Ermənistan çox təhlükəli dövr yaşayır...”
09.08.2014 18:00
Ermənistan çox təhlükəli bir dövr yaşayır və bu səbəbdən o, uzunmüddətli addımları əsas götürməlidir, nəinki qısamüddətli. Bu sözləri nüfuzlu amerikalı politoloq Pol Qobl “Amerikanın səsi”nə müsahibəsində bildirib. Onun sözlərinə görə, İrəvan düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməlidir: “Bu nöqteyi-nəzərdən Ermənistan üçün “yaxşı variantlar” yoxdur, ölkə pislərin yaxşısını seçməlidir”. Qobl Rusiyanı Ermənistanın dostu saymadığı söyləyib: “Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Məşhur ifadə var: Moskva üçün Gürcüstan – yol, Ermənistan – silah, Azərbaycan isə - dəyərdir. Rusiya Ermənistandan müstəsna olaraq öz maraqları üçün istifadə edir”. Politoloq Rusiyanın Kremli işğal eləməklə böyük səhvə yol verdiyini deyib: “O mənada ki, indi bütün ölkələr sərhədlərin zorla dəyişdirilməsindən narahatdır. Əgər Ermənistan da eyni yolla gedib Qarabağı ilhaq eləsə, o yeni müharibə və təcridlə üzləşəcək. Ermənistan, daha doğrusu, ermənilər strateji düşünə bilmirlər. Ermənistan bu gün 25 ildən sonra özünü necə gördüyü barədə fikirləşməlidir. Bundan ötrü Qarabağ məsələsi Azərbaycanla anlaşma əsasında həllini tapmalıdır”. Erməni jurnalistin “bu, o deməkdirmi ki, Ermənistan Qarabağı unutmalıdır” sualına ekspert belə cavab verib: “Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət almalıdır”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol