Estetik əməliyyatın qurbanı olan qadın - FOTO

Türkiyədə gözəl görünmək üçün estetik əməliyyat etdirən qadının dodağı və ağız boşluğu çürüməyə başlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalyada bir qadın dodaqlarının daha gözəl görünməsi üçün estetik əməliyyat etdirib. Dodaqlarına silikon yeridilən 41 yaşlı qadın 3 gün sonra dözülməz ağrılar səbəbilə yenidən həkimə müraciət edib.
Tibb işçiləri qadının dodaqlarındakı 4 böyük damarın zədələndiyini və bu səbəblə çürümənin başladığını bildiriblər. Qadın bu xəbəri eşidəndə şok olduğunu deyib: "Dodağımın böyük bir hissəsi qan getmədiyi üçün çürüyərək düşüb. Çürümə prosesi hazırda ağız boşluğuma doğru irəliləyir. Öz dodağım artıq yoxdur. Xəstəliyin isə tam sağalıb sağalmayacağı da bilinmir".

www.anews.az
























