• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan aviasiya üzrə “qara siyahı”ya düşə bilər

Ermənistan aviasiya üzrə “qara siyahı”ya düşə bilər
16.12.2019 23:47
Ermənistan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "qara siyahı"sına düşə bilər.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, IATA Ermənistanda hava nəqliyyatı bazarını "başdan ayağa" yoxlayacaq. Mülki Aviasiya Komitəsi bütün Ermənistan aviaşirkətləri üçün Avropaya uçuşların qadağan edilməsini nəzərdə tutan "qara siyahı"ya düşməmək namininə IATA mütəxəssislərinə hesabat verməli olacaq. Komitənin rəhbəri Tatevik Revazyan bildirib ki, problem "Taron-Avia” aviaşirkəti ilə əlaqədardır. Belə ki, Avropa İttifaqı ölkələrinə uçuşlar üçün müraciət edərkən bir sıra ciddi nöqsanlar aşkar edilib. Xüsusən, şirkətin uçuş təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi aydın olub.


Revazyan deyib ki, daha sərt yoxlamalar aparmaq üçün kifayət qədər vəsait mövcud deyil: "Hər şey az maaşdan asılıdır. Bir pilot Ermənistan bazarında orta hesabla 4-5 min dollar, xaricdə isə 10-15 min dollar ala bilirsə, komitdə 150 min dram üçün (təqribən 300 dollar) işləməyə əlbəttə ki, razı olmaz”.


Daha əvvəl "Taron-Avia” Afrika ölkələri ilə işləyib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hesab edir ki, Ermənistan komitəsi bu problemləri əvvəlcədən həll etməyə borclu idi. İndi Ermənistan şirkətləri tərəfindən daşınmanın təhlükəsizliyini təmin etmək məsələsi bütövlükdə sual altına alınıb. IATA çatışmazlıqları aradan qaldırmaq üçün Mülki Aviasiya Komitəsinə vaxt verib. May ayında Ermənistan hava nəqliyyatı bazarında genişmiqyaslı yoxlamalar aparılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol