Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı

Türkiyənin İstanbul şəhərində kişi arvadını öldürdükdən sonra azyaşlı qızı ilə üç gün meyit olan evdə yaşayıb.
Arvadının telefonuna gələn mesaja görə qısqanclıq zəminində onu öldürən Ə.Taslı ifadəsində qadının xəyanəti etiraf etdiyini bildirib."Qəzəblənib mətbəxə getdim və bıçaq götürdüm, sonrası yadımda deyil, peşmanam. Qızımı anasız qoymamalıydım”, - deyən şəxs hadisəni törədəndən sonra E.Özdənin əllərini bağlayaraq üstünü örtüb.
Mərhumun bacısı Fatma Parim ifadəsində bildirib ki, Ə.Taslı onun əllərini bağlayaraq bıçaqlayıb, yoxsa 1.90 sm. boyu, 150 kq. çəkisi olan mühafizəçi işləyən bacıma gücü çatmazdı.
www.anews.az
























