• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya texnologiya nəhənglərinin uşaq qətliamı

Dünya texnologiya nəhənglərinin uşaq qətliamı
22.12.2019 17:08
Dünyanın ən nüfuzlu texnologiya nəhənglərindən olan "Google", "Apple", "Tesla", "Microsoft" və "Dell" şirkətlərinə Konqo Demokratik Cümhuriyyətində baş verən azyaşlı işçilərin ölümü ilə bağlı cinayət işi açılıb.

Bizimyol.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "İndependent" agentliyi məlumat yayıb.
Məlumata görə, Beynəlxalq hüquq müdafiəçiləri təşkilatı smartfon, elektriklə işləyən avtomobillər bə kompüter istehsalında istifadə edilən kobalt çıxarılan mədənlərdə işlədilən və ağır iş şəraitinə tab gətirməyərək ölən, yaralanan uşaqlara görə onların ailələri 5 texnologiya nəhəngini məhkəməyə verib.
İddianamədə Tesla, Appe, Google, Microsoft və Dell şirkətlərinə qarşı bir çox ittihamlar yer alır.
Nəhəng şirkətlər Konqo Demokratik Respublikasında 'məcburi əmək sistemi'nin yaradılmasında günahlandırılır.
İddia sənədlərində qeyd edilir ki, ailələr yoxsulluq içində yaşadıqları üçün uşaqlarını təhsildən kənarlaşdıraraq bu mədənlərdə işləmək üçün müraciət edirlər. Qeyd edilir ki, bu mədənlərdə çalışan uşaqların ən kiçiyinin 6 yaşı var və onlar çox asanlıqla işə qəbul olunurlar.
Yoxsulluq içində yaşayan ailələr isə buna məcbur şəkildə razı olurlar. Şikayətlərdə qeyd ediir ki, kobalt mədənlərində işləyən bu azyaşlı işçilərin təhlükəsizliyi üçün heç bir tədbir görülməyib və bu şirkətlər həmin uşaqları göz görə-görə ölümə göndərirlər.
Gündə 1.5 dollar maaş
Ailələri təmsil edən vəkillər bildirirlər ki, ən bahalı məhsullar istehsal edən bu şirkətlər ucuz kobalt əldə edə bilmək üçün azyaşlılardan istifadə edirlər. Bu vəkillərdən biri olan Terrence Collingsvors Reuters agentliyinə verdiyi açıqlamada qeyd edib ki, dünya nəhəngi olan şirkətlər uşaqların ölməyinə, ən yaxşı variantda əlil olamlarına asanlıqla göz yumurlar: "Həftədə 6 gün işləyən uşaqların bəzilərinə gündə 1.5 dollar ( 2.55 azn) pul ödənilir. Acından ölməmək üçün həyatlarını riskə atırlar. Burada işləyən insanların önündəki seçim bundan ibarətdir.”
Dünyada kobaltın 70 faizdən çoxu Konqoda çıxarılır
Dünya Mədənçiləri İttifaqının hesablamalarına görə, dünyada çıxarılan kobaltın 70 faizi Konqon Demokratik Respublikasının payına düşür.
Texnologiya sənayesində istifadə edilən, milyonlarla məhsulda yer alan enerji yığan litium batareyalarının istehsalında önəm daşıyan kobalta tələbat illər keçdikcə daha da artır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol