Baş qərargah rəisi helikopter qəzasında öldü

Tayvan Baş qərargah rəisi Şen Yi-Minq helikopter qəzasında ölüb.
Oxu24.com xəbər verir ki, Müdafiə Nazirliyinə məxsus "Black Hawk" yerli vaxtla 9:00-da qəzaya uğrayıb.
Hərbi vəzifəli şəxsləri daşıyan helikopterdə Baş qərargah rəisi ilə birlikdə 8 nəfər həyatını itirib. 5 nəfər isə xilas edilib.
www.anews.az
























