• $
  • €
  • ₽
  • ₺
  • £

Məzahir Pənahovun qohumu Luqanskda vəhşicəsinə öldürüldü

Məzahir Pənahovun qohumu Luqanskda vəhşicəsinə öldürüldü
07.08.2014 15:26

Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımov şəxsi avtomobilində partladılaraq öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, hadisə avqustun 4-də axşam baş verib. R. Uğurluyevin sözlərinə görə, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Tovuz rayonunun Xatınlı kəndindən olan, 1966-cı il təvəllüdlü Rövşən Qasımov şəxsi avtomobili ilə Krasnıy Luç şəhərinin girəcəyində separatçılar tərəfindən atəşə tutulub: “Avtomobil qumbaraatanla vurulub. Rövşən Qasımov həlak olub, cəsədi yanaraq tanımaz hala düşüb”. R. Qasımovun Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun yaxın qohumu olduğunu bildirən R. Uğurluyev qeyd edib ki, hazırda onun meyiti Krasnıy Luçda yaxınlarındadır: “Harada dəfn olunması ilə bağlı özləri qərar verəcəklər”. R. Uğurluyevin sözlərinə görə, R. Qasımovun Luqanskda iri fermer təsərrüfatı olub. Separatçılar bir ay əvvəl onu, sonra isə ailəsini girov götürüblər. Aparılan danışıqlar nəticəsində iş adamı və ailəsi girovluqdan azad olunub. Tovuz rayonu Xatınlı kəndinin icra nümayəndəsi Nurəddin Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, həlak olmuş R. Qasımov MSK sədri Məzahir Pənahovun yaxın qohumudur: “Rövşənin anası ilə Məzahir müəllimin atası əmi uşağıdır”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol