Sudanda hərbi təyyarə qəzaya düşdü - 15 ölü

Sudanın Qərbi Darfur əyalətində "AN-12” tipli hərbi təyyarə qəzaya düşüb.
"Qafqazinfo”nun "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ekipaj və yerli məmurlar da daxil olmaqla 15 nəfər həlak olub.
Təyyarə Əl-Həneyn şəhərində aeroportda havaya qalxdıqdan bir qədər sonra hava limanından 5 kilometr aralıda qəzaya düşüb.
www.anews.az
























