• $
  • €
  • ₽
  • ₺
  • £

Obama kimə simpatiyası olduğunu dedi

Obama kimə simpatiyası olduğunu dedi
07.08.2014 11:09
ABŞ prezidenti Barak Obama Qəzza içərisində çətin şərtlər altında mübarizə aparan mülki insanlara böyük simpatiyası olduğunu söyləyib."Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza içərisində çətin şərtlər altında mübarizə aparan sıravi insanlara böyük simpatiyam var". ANS PRESS-in məlumatına görə, Obama ABŞ-Afrika Liderləri Zirvəsinin sonunda təşkil etdiyi mətbuat konfransında, İsrail ilə Həmas arasındakı atəşkəsin uzadılması səylərini və İsrail Baş naziri Binyamin Netanyanunun Qəzza hücumunu "haqlı və mütənasib" olaraq xarakterizə edən sözlərinə bağlı bir sualı cavablandırıb. İsrailin məskunlaşma yerlərini hədəf alan raket hücumlarına qarşı özünü müdafiə etmə haqqını israrla dəstəklədiyinə diqqəti çəkən və Həması "məsuliyyətsiz" olmaqda ittiham edən Obama, bunun yanında, qadın və uşaqlar da daxil günahsız vətəndaşların başına gələnlərə görə təəssüfləndiyini bildirib.Hal-hazırda ən azı müvəqqəti bir atəşkəsin təmin edilmiş olmasından çox xoşbəxt olduğunu ifadə edən Obama, indi soruşulması lazım olan problem, bu müvəqqəti atəşkəsin uzadılmasını necə təmin etməliyik sualıdır- deyə bildirib.Misirdəki görüşləri dəstəklədiyini deyən Obama; "Məncə qısa müddətli hədəf, raket hücumlarının yenidən başlamayacağından, İsrail hökumətinin bu tunelləri blok etmə işinin tamamlandığından və bu qarşıdurmanın nəticəsində çox pis ziyan görən Qəzzanin yenidən inşasına köməkçi olma müddətinə girmiş olduğumuzdan əmin olmalıyıq. Qəzzada bundan sonra iqtisadi artıma və əhalisinin çoxunun cavan olduğunu nəzərə alaraq məşğulluq probleminə yönəlməliyik. Qəzza xalqına istiqamətli fürsətlərdən dəyişim görmək məcburiyyətindəyik " deyə bildirib."Qəzza xalqının ümidə ehtiyacı var" - deyən Obama, belə davam etdi: “Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza içərisində çətin şərtlər altında mübarizə verən sıravi insanlara böyük simpatiyam var. O zaman bu sual ortaya çıxır; İsrailin Qəzzanı atəşə tutmamasından və Qəzza xalqının dünyadan təcrid olunmuş vəziyyətdən çıxmasına bir yol tapa bilərikmi? Məncə əldə düsturlar var ancaq siyasi liderlər tərəfindən risklər alınması tələb olunur. Güvənin yavaş şəkildə yenidən yaradılması lazımdır ki, son şahid olduğumuz şiddətdən sonra bu əlbəttə çox çətin görünür. Bu səbəbdən o nöqtəyə dərhal çatacağımızı sanmıram. Ancaq ABŞ-ın hazırki hədəfi, atəşkəsin mühafizə edilməsi, Qəzzanin yenidən inşa müddətinə başlaması, Qəzza xalqının bir az ümid hiss eşitməsini və İsrail xalqının da son bir neçə həftə ərzində baş verdiyinə bənzər raket hücumlarına təkrar məruz qalmayacaqlarından əmin olmasını təmin edəcək tədbirlərin alınmasıdır".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol