• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərdən Ərdoğana cavab

Ermənilərdən Ərdoğana cavab
07.08.2014 09:33
Türkiyədə keçiriləcək prezident seçkisinin ən real namizədi olaraq göstərilən Rəcəb Tayyib Ərdoğan “NTV”də yayımlanan “Namizədlər danışır” proqramında ermənilərlə bağlı söylədiyi fikirə görə erməni yazarların qınağına tuş gəlib.ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayan bir sıra erməni müxbir, yazıçı və ziyalılar Ərdoğanın söylədiyi sözlərə qarşılıq olaraq, “Bağışlayın, ermənilər” başlıqlı yazılı açıqlama ilə cavab veriblər. Mətndə Anna Turay, Arat Dink, Ardaşez Margosyan, Aris Nalcı, Garo Paylan, Harutyun Özer, Karin Karakaşlı, Kenan Yenice, Hayko Bağdat, Nazar Binatlı, Nazar Büyüm, Ohannes Kılıçdağı, Rober Koptaş, Sebu Aslangil, Şake Yalçın, Tatyos Bebek, Yetvart Danzikyan kimi ictimaiyyət xadimlərinin imzası yer alıb. “60 il bizə “türkəm” söylətdilər. Söylədiyimiz şeyi heç də çirkin qəbul etmədik. Bizim də içimizdə türk düşməni oldu, amma biz onu seçib baş tacı etmədik. Bu bizim təmsilçimizdir deyə ortaya çıxarmadıq.” – deyə erməni qələm adamları Ərdoğanın sözünə etirazlarını bildiriblər.Xatırladaq ki, R.T.Ərdoğan qonaq olduğu proqramda haqqında söylənən iddialara, “Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!” – deyə cavab verib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol