Anjelina Jolinin atası Penelope Kruzu Qəzzaya görə təhqir etdi

Hollivudun məşhur aktrisası Penelope Kruz və aktyor həyat yoldaşı Xavyer Bard İsrail hücumlarına məruz qalan qəzzalılara dəstək olduqlarını açıqladıqları üçün yəhudipərəst həmkarlarının və pərəstişkarlarının hədəfinə tuş gəliblərANN.Az xarici ölkə mediasına istinaədn xəbər verir ki, bir müddət əvvəl məşhur cütlük Qəzzada baş verən ölüm hallarını pisləmiş və bunu soyqırım kimi tanıdıqlarını bəyan etmişdilər. Onlar Qəzzada yaşayanlara dəstək olduqlarını açıqlamışdılar.Cütlüyə ən sərt reaksiya Hollivudun məşhur aktrisalarından olan Anjelina Jolinin atası Con Voytdan gəlib. Özü də Hollivud aktyoru olan Voyt Penelope Kruz-Xavyer Bard cütlüyünə təhqir dolu məktub dərc etdirib. Məktubuna "Cahillər" başlığını qoyan Con Voyt ispan cütlüyünə və ispanlara yönəlik sərt ifadələr işlədib. Ümumiyyətlə, son vaxtlar ABŞ mətbuatında bir İsrail qorxusu yaşanır. Amerikan araşdırmaçı jurnalist Glee Greenwald ABŞ mediasını İsrailə qarşı qorxaq davranmaqla günahlandıraraq "İsrail mövzusu söz olduqda nədənsə ABŞ jurnalistləri qorxurlar" yazıb. Greenwald "Huffington Post" qəzetinə verdiyi açıqlamada belə həmkarlarını qınadığını deyib və onları xatırlamaq belə istəmədiyini bildirib.ANN.Az
























